29 ildir ki, Final yağları Azərbaycan istehlakçılarına keyfiyyətli xidmət göstərir. Bu dəyərlərin davamı olaraq həyata keçirilən “Bizim evdə Final var” layihəsi ölkə miqyasında böyük maraqla qarşılandı.
Layihə çərçivəsində 22 bölgəni ziyarət edən Final komandası 750-dən çox ailəyə qonaq oldu. Şuşa da bu unudulmaz səyahətin ən xüsusi dayanacaqlarından biri oldu. Layihə zamanı Şuşa sakinləri ilə görüşlər təşkil olunaraq evlərində Final yağları istifadə edən ailələrə tozsoran, televizor? Final məhsulları ilə dolu qutular və digər dəyərli hədiyyələr təqdim edildi.
Şuşa səfəri ilə bir daha nümayiş olundu ki, Final yağları yalnız mətbəxlərin deyil, bütöv bir ölkənin həyatında xüsusi yer tutur. Bu layihə Final markasının dəyərlərinə sadiqliyini vurğulayaraq Azərbaycan xalqı ilə qurduğu güclü əlaqələri daha da möhkəmləndirdi.