Bakı Yağ Fabrikimizin qapıları @zaur_gunay üçün açıldı! Final komandası olaraq Zaur bəy və Günay xanımı fabrikimizdə qarşıladıq və onlara istehsal prosesinin hər bir mərhələsini ətraflı şəkildə təqdim etdik. İlk addımdan son mərhələyə qədər olan bütün prosesləri izah edərək onların suallarını cavablandırdıq.
Fabrikimizdə istifadə olunan yüksək texnologiyalı avadanlıqlarla tanış olan ziyarətçilərimiz ABŞ, İtaliya və Fransadan alınan cihazların istehsala necə təsir etdiyini də öyrəndilər. Zaur bəy və Günay xanım gigiyenik qaydalara uyğun şəkildə Final yağının istehsal prosesini ətraflı şəkildə izlədilər.