Haqqımızda

“Final” hər kəsə xitab edən, Azərbaycan mətbəxinin daimi üzvü olan, nəfis ləzzətə malik, hər zaman sərfəli qiyməti və tərkibi ilə fayda bəxş edən yağ markasıdır. İllər ötsə də dəyişməyən keyfiyyəti ilə etibar qazanmış “Final” 1990-cı ildə bazara daxil olmuşdur. 1994-cü ildə “Final” markası ilk dəfə yağ kateqoriyasında Azərbaycan bazarına təqdim edilmişdir. “Azersun Holdinq”in ilk üç markasından biridir. Belə ki, 1996-cı ildən “Yağ Qida” fabriki qurulduqdan sonra əridilmiş yağ və duru yağlar kateqoriyasında yerli istehsal statusu qazanmışdır. Hər kəsə uyğun qiymət seqmentində olan “Final” yağları trans yağsız, konservantsız və xolesterinsiz saf tərkibi ilə yoluna davam etməkdədir. Üstəlik, 2021-ci ilin mart ayında “Final” mətbəx yağı üçün ərsəyə gələn reklam mahnısı və videoçarxı kimi ənənəvi reklam filmləri və müştəri münasibətləri ilə bütün yaş seqmentlərinə də xitab etməkdədir. “Final” sadəcə keyfiyyətli məhsulları ilə deyil, “Biganə Qalma” xeyriyyə layihələrində iştirak edərək öz sosial mövqeyi ilə də xalqa xidmət etməkdədir. II Vətən müharibəsi zamanı əsgərlərimizə və onların ailələrinə kömək etmək məqsədilə “Final” markası aztəminatlı əsgər ailələrinə müxtəlif məbləğlərdə alış-veriş kartları təqdim etmişdir. Xalqın ən çətin günlərində qida təminatı missiyasını öhdəsinə götürərək ləyaqətlə yerinə yetirən “Final” öz sloqanının sadəcə sözlərdən ibarət olmadığını bir daha sübut etdi.